Modern.az

Azərbaycan-Rusiya sərhədində yük avtomobillərinin uzun növbəsi yarandı

Azərbaycan-Rusiya sərhədində yük avtomobillərinin uzun növbəsi yarandı

Aktual

31 Yanvar 2021, 16:32

Azərbaycan-Rusiya sərhədindəki Samur gömrük-keçid məntəqəsində yük avtomobillərinin növbəsi yaranıb.



Modern.az-ın şimal bürosunun verdiyi məlumata görə, hazırda ərazidə 1000-dən çox yük maşını qonşu ölkəyə keçmək üçün gözləyir.  



Samur gömrük-keçid məntəqəsindən APA-nın yerli bürosuna bildirilib ki, yaranan növbələr Azərbaycan tərəfi ilə bağlı deyil.



Qeyd olunub ki, gün ərzində 200-220  maşın Rusiyaya keçir. Əgər qarşı tərəf bu sayı artırsa Azərbaycan tərəfi də bu sayı artıra bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV