Modern.az

Daha 50 dərman vasitəsinin qiyməti təsdiqləndi 

Daha 50 dərman vasitəsinin qiyməti təsdiqləndi 

Aktual

31 Yanvar 2021, 16:45

Azərbaycanda qiymətləri təsdiqlənən dərman vasitələrinin sayı 12 442 ədədə çatıb.

Modern.az xəbər verir ki, bu barədə Tarif Şurasının katibi Ceyhun Nəcəfov APA-ya açıqlamasında bildirib. C.Nəcəfov deyib ki, yanvarın 31-də Tarif (qiymət) Şurasının növbəti iclasında Səhiyyə Nazirliyinin müraciəti əsasında dərman vasitələrinin ekspertiza taariflərinə də baxılıb.

O cümlədən 50 dərman vasitəsinin tarifi təsdiqlənib:

“Bununla da Tarif Şurası tərəfindən qiymətləri təsdiqlənən dərman vasitələrinin sayı 12 442 ədəd olub. Qərar fevralın 1-dən qüvvəyə minəcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV