Modern.az

Gürcüstan “Pfizer” peyvəndindən istifadə edəcək

Gürcüstan “Pfizer” peyvəndindən istifadə edəcək

Aktual

31 Yanvar 2021, 21:06

Fevralın 1-də Gürcüstana Amerikanın “Pfizer” şirkəti tərəfindən istehsal olunmuş koronavirus peyvəndinin birinci partiyası gətiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə nazirinin müavini Tamara Qabunia məlumat verib.

 

Bildirilib ki, fevralın ortalarında ölkəyə daha 29 250 doza “Pfizer” vaksini gətiriləcək.

Nazir müavininin sözlərinə görə, vaksinin ilk partiyası səhiyyə işçiləri üçün nəzərdə tutulub.

 

Tamara Qabunia deyib ki, Gürcüstan “Pfizer”dən başqa, Britaniyanın “AstraZeneca” şirkəti tərəfindən istehsal edilən vaksini də əldə etmək niyyətindədir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!