Modern.az

Peyvəndlə bağlı şayiələr epidemiyanın müddətini uzada bilər - Bill Qeyts

Peyvəndlə bağlı şayiələr epidemiyanın müddətini uzada bilər - Bill Qeyts

Aktual

31 Yanvar 2021, 21:47

"Vaksinləmə haqqında şayiələrin yayılması koronavirus epidemiyasınının müddətini uzada bilər".

 

Modern.az xəbər verir ki, bunu “Microsoft” şirkətinin banilərindən biri, iş adamı və xeyriyyəçi Bill Qeyts Almaniyanın “Suddeutsche Zeitung” nəşrinə müsahibəsində deyib.

 

O, həmçinin növbəti dəfə pandemiyada əli olması barədə şayiələri təkzib edib.

 

"Bu, insanların sadə qərarlar axtardıqları böyük çağırışdır. Onlar pandemiyanın arxasında kiminsə dayanıb-dayanmaması barədə suallar verirlər", - iş adamı deyib.

 

Sahibkar qeyd edib ki, onun fondu artıq insanların vaksinə inamsızlığı ilə qarşılaşıb.

 

"Pakistan və ya Nigeriya kimi ölkələrdə poliomielitlə mübarizə zamanı vaksin haqqında şayiələr gəzirdi ki, o təhlükəsiz deyil və qadınlarda sonsuzluğa səbəb olur", - Qeyts əlavə edib.

 

Onun sözlərinə görə, bu cür yanlış fikirlərlə mübarizə aparmaq üçün nüfuzlu insanlara, ictimaiyyət xadimlərinə və ya böyük nüfuza malik olan dini liderlərə müraciət etmək lazımdır. Bill Qeytsin fikrincə, peyvəndin əhaliyə faydalarını yalnız onlar izah edə bilirlər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV