Modern.az

Kraliça dünya liderlərini qəbul edəcək

Kraliça dünya liderlərini qəbul edəcək

Aktual

31 Yanvar 2021, 22:49

Böyük Britaniya kraliçası II Yelizaveta iyunda G7 sammitindən əvvəl Bukinhem sarayında ABŞ prezidenti Co Baydeni və başqa dünya liderlərini qəbul edəcək.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, Böyük Britaniya və ABŞ arasındakı münasibətləri inkişaf etdirmək üçün kral və hökumət məmurları tərəfindən hazırlanmış planlara uyğun olaraq qəbulda həmçinin Uels şahzadəsi, Kornuoll hersoginyası, Kembric hersoqu və hersoginyası da iştirak edəcəklər.

 

“Böyük Yeddilər”in (G7) növbəti sammiti Böyük Britaniya Kornuoll yarımadasının (Atlantik okeanı) Karbis-Bey kurort şəhərciyində iyunun 11-dən 13-ə qədər keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV