Türkiyə Super Liqasında 22-ci tura yekun vurulub.
Modern.az xəbər verir ki, son gündə 5 oyun keçirilib.
“Alanyaspor”un qonağı olan “Sivasspor” səfərdən əliboş dönüb.
Təhlükəli zonada qərarlaşan komandalardan “Ərzurum BB” və “Dənizlispor” turu 3 xalla başa vurubsa, “Gənclərbirliyi” evdə, “Ankaragücü” isə səfərdə rəqibi ilə bacarmayıb.
Mərkəzi oyunda son 11 matçın 10-da qələbə qazanan və 1-də heç-heçə edən “Beşiktaş” Superkubokun qalibi “Trabzonspor”u qəbul edib. “Bordo-mavililər” də buna qədər 6 görüşdə (5 qələbə, 1 heç-heçə) məğlub olmamışdı. Rəqibini səfərdə yenən trabzonlular həm ardıcıl 4-cü qələbəsini qazanıb, həm də “Beşiktaş”ın uğurlu seriyasına son qoyub. Bu məğlubiyyət eyni zamanda “ağ-qaralar”ın liderliyi əldən verməsinə səbəb olub.
Qeyd edək ki, XXIII turun oyunları 2-4 fevral tarixində baş tutacaq.
Türkiyə Super Liqası
XXII tur
31 yanvar
“Ərzurum BB” – “Ankaragücü” – 1:0
Cenk Alkılıç, 68
“Alanyaspor” – “Sivasspor” – 3:1
Fatih Aysoy, 14, Davidson, 45+2, Babakar, 60 – Qradel, 90 (pen.)
“Dənizlispor” – “Göztəpə” – 2:1
Rəcəp Niyaz, 42, Mesanoviç, 79 – Mixoyeviç, 69
“Gənclərbirliyi” – “Antalyaspor” – 0:1
Sidney, 87
“Beşiktaş” – “Trabzonspor” – 1:2
Abubakar, 30 – Montero, 44 (avtoqol), Uqo, 63
| 1 | Fənərbaxça | 21 | 14 | 3 | 4 | 43-23 | 45 |
| 2 | Beşiktaş | 21 | 14 | 2 | 5 | 48-25 | 44 |
| 3 | Qalatasaray | 21 | 13 | 3 | 5 | 43-18 | 42 |
| 4 | Alanyaspor | 21 | 11 | 4 | 6 | 37-21 | 37 |
| 5 | Trabzonspor | 21 | 10 | 6 | 5 | 27-24 | 36 |
| 6 | Hatayspor | 21 | 10 | 5 | 6 | 35-26 | 35 |
| 7 | Qaziantep | 21 | 9 | 8 | 4 | 35-26 | 35 |
| 8 | Fatih Karagümrük | 21 | 8 | 7 | 6 | 33-29 | 31 |
| 9 | Antalyaspor | 21 | 7 | 8 | 6 | 21-26 | 29 |
| 10 | Yeni Malatyaspor | 21 | 7 | 7 | 7 | 27-26 | 28 |
| 11 | Göztəpə | 21 | 6 | 7 | 8 | 30-26 | 25 |
| 12 | Kasımpaşa | 21 | 7 | 4 | 10 | 23-31 | 25 |
| 13 | Rizəspor | 21 | 6 | 7 | 8 | 27-36 | 25 |
| 14 | Sivasspor | 21 | 5 | 9 | 7 | 22-28 | 24 |
| 15 | Başakşəhər | 21 | 6 | 6 | 9 | 27-37 | 24 |
| 16 | Konyaspor | 20 | 6 | 5 | 9 | 27-27 | 23 |
| 17 | Kayserispor | 21 | 6 | 4 | 11 | 15-26 | 22 |
| 18 | Ərzurum BB | 21 | 5 | 5 | 11 | 20-35 | 20 |
| 19 | Gənclərbirliyi | 21 | 5 | 4 | 12 | 20-41 | 19 |
| 20 | Ankaragücü | 21 | 5 | 3 | 13 | 25-35 | 18 |
| 21 | Dənizlispor | 21 | 4 | 5 | 12 | 21-40 | 17 |