Modern.az

Kürdə qayıq çevrildi - 2 nəfər suda batdı

Kürdə qayıq çevrildi - 2 nəfər suda batdı

Aktual

31 Yanvar 2021, 23:31

Kür çayında gəzinti qayığı batıb.

 

Modern.az xəbər verir ki, hadisə Kür çayının Mingəçevirdən Yevlax rayonu ərazisinə uzanan hissəsində baş verib.

 

Daxil olmuş çağırış əsasında aidiyyəti qurumlar qeyd olunan ərazidə batdığı ehtimal olunan şəxslərin axtarışlarına başlayıb. İlkin məlumata görə, batdığı söylənən şəxslərdən biri qayıqçı, digəri gəzintiyə çıxan müştəridir. Onların Mingəçevir sakini olduğu və hadisənin qayığın çevrilməsi nəticəsində baş verdiyi bildirilir.

 

Son məlumata görə, Kür çayında içindəki şəxslərlə birgə çevrildiyi ehtimal olunan qayıq aşkar edilib.

Qayıqda olan şəxslərin aşkar edilməsi üçün axtarış tədbirləri davam etdirilir (apa).

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV