"Barselona" futbol klubunun kapitanı Lionel Messi və vəkilləri İspaniyanın "El Mundo" nəşrini məhkəməyə verəcək.
Modern.az xəbər verir ki, futbolçunun hüquqşunasları hazırda bununla məşğuldular və onun müqaviləsinə çıxışı olan klub nümayəndələrinin bura qatılması üzərində işləyirlər.
İspaniya mətbuatının argentinalıya yaxın şəxslərə istinadla məumatına görə, Messi mövcüd duruma görə təəssüf hiss keçirir və məyusdur. O, həm də əmindir ki, bu məlumatların sızmasını klubdan kimsə edib. Klub və Messi "El Mundo"nu şəxsi müqavilə detallarının açıq paylaşmasına görə məhkəməyə verəcəklər.
Qeyd edək ki, "El Mundo" nəşri bu gün Lionel Messinin müqaviləsinin detallarını paylaşıb. Həmin müqavilənin detallarını təqdim edirik.
- Müqavilə 2017-2021-ci illəri əhatə edir və 555,237,619 avrodur.
- Müqaviləyə əsasən Messi hər ilinə 138 milyon avro qazanır. Bura məvacib və qələbə, titullara görə bonuslar daxildir.
Messinin bu müqaviləsinə daha iki bonus daxildir:
- müqaviləni yenilədiyinə görə 115,225,000 avro
- "sadiqliyinə" görə 77,929,955 avro
Qeyd edək ki, müqavilə 2017-ci ilin noyabrında "Barselona"nın prezidenti Josep Maria Bartomeu tərəfindən imzalanıb.
T.İSMAYIL