Modern.az

Məşhur müğənni pilləkəndən yıxılıb öldü

Məşhur müğənni pilləkəndən yıxılıb öldü

Aktual

1 Fevral 2021, 00:51

Britaniyalı müğənni Sofi Kseon Afinada vəfat edib.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, 35 yaşlı ifaçı bədbəxt hadisə nəticəsində həyatını itirib.

 

Belə ki, Sofi bədirlənmiş aya baxmaq üçün pilləkənlərlə yuxarı çıxmaq istəyib. Bu zaman müğənni sürüşərək yıxılıb və yerindəcə ölüb.  

 

Qeyd edək ki, Sofi Kseon 1986-cı ildə Şotlandiyada doğulub. O, sintez olunmuş hiperkinetik əsərləri - “Bipp” (2013) və “Limonad” (2014) sayəsində tanınıb.

 

Müğənninin 2018-ci ildə işıq üzü görmüş “Oil of Every Pearl’s Un-Insides” solo albomu isə “Qremmi” mükafatına namizəd olub.

Sizə yeni x var
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib