Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsinin şəhidi, Göyçay şəhər Uşaq Musiqi Məktəbində müəllim işləmiş Alim İbrahimovun əmisi Ərəstun Xalid oğlu İbrahimovla görüşüb.
Modern.az xəbər verir ki, deputat şəhid mədəniyyət işçisinin ailəsinin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb:
“Siz, Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş əsgərimizin ailə üzvüsüz. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox şəhid ailələri, doğmaları haqq edir. Biz şəhidlərimizin ailələrinə minnətdarıq! Şəhid əsgərimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik! Alim İbrahimov Vətən müharibəsində iştirak edərkən Tərtər istiqamətində gedən döyüşlərdə şəhidlik mərtəbəsinə yüksəlib. Şəhidimiz Azərbaycan Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Alim kimi gənclərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız, o cümlədən tarixi-mədəni abidələrimiz, mədəniyyət müəssisələrimiz, tapınaqlar Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Beləliklə, abidələrimizi təmir-bərpa etmək, onların dağılmasının qarşısını almaq və yeni mədəniyyət müəssisələri tikərək, bölgələrimizin mədəni ənənələrini, ümumən mədəni həyatı canlandırmaq imkanları yaranıb. Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirəm”!
Şəhid mədəniyyət işçisinin atası Səhrab İbrahimova Mədəniyyət komitəsi adından ünvanlanmış Məktub, şəhidin əmisi Ə.İbrahimova təqdim edilib.
***
Qənirə Paşayeva Vətən müharibəsinin şəhidi, Gəncə şəhəri Nizami Məqbərəsində çalışmış Hikmət Məmmədovun atası Lətif Məmmədovla da görüşüb, şəhid mədəniyyət işçisinin ailəsinin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb:
“Əziz şəhid atası,
Siz, Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş əsgərimizin atasısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid əsgərimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik!
Oğlunuz Vətən Müharibəsində iştirak edərkən Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik mərtəbəsinə yüksəlib. Şəhid oğlunuz Azərbaycan Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Hikmət kimi gənclərimizlə hər zaman qürur duyacağıq!
Onun və cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız, o cümlədən tarixi-mədəni abidələrimiz, mədəniyyət müəssisələrimiz, tapınaqlar Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Beləliklə, abidələrimizi təmir-bərpa etmək, onların dağılmasının qarşısını almaq və yeni mədəniyyət müəssisələri tikərək, bölgələrimizin mədəni ənənələrini, ümumən mədəni həyatı canlandırmaq imkanları yaranıb.
Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirəm”!
Şəhid mədəniyyət işçisinin atasına Mədəniyyət komitəsi adından Məktub təqdim edilib.
***
Qənirə Paşayeva Tərtər şəhər Uşaq Musiqi Məktəbinin müəllimi olmuş şəhid Mehman Sovet oğlu Əliyevin həyat yoldaşı Aynurə Əliyevaya və şəhidin qızı Nuranə Əliyeva ilə də parlamentdə görüşüb, şəhid mədəniyyət işçisinin ailəsinin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb:
“Əziz Aynurə xanım, sizin Tərtər şəhər Uşaq Musiqi Məktəbinin müəllimi olmuş həyat yoldaşınız Vətən Müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtərdəki mülki yaşayış məntəqlərini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində şəhid olub.
Rəşadətli Ordumuzun fədakarlığı sayəsində torpaqlarımız, o cümlədən tarixi-mədəni abidələrimiz, mədəniyyət müəssisələrimiz, tapınaqlar Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub, şəhidlərimizin ruhu şad olub.
Beləliklə, abidələrimizi təmir-bərpa etmək, onların dağılmasının qarşısını almaq və yeni mədəniyyət müəssisələri tikərək, bölgələrimizin mədəni ənənələrini, ümumən mədəni həyatı canlandırmaq imkanları yaranıb.
Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirəm”!
Şəhid mədəniyyət işçisinin ailəsinə Mədəniyyət komitəsi adından Məktub təqdim edilib.
Aynurə və Nuranə Əliyevalar səmimi görüş üçün Komitə sədrinə təşəkkür edib.
***
Qənirə Paşayeva Vətən müharibəsinin şəhidi, Lənkəran şəhər Mədəniyyət Mərkəzində kurs rəhbəri olmuş Tural Rövşən oğlu Hümmətovun bacısı Gülüş Allahverdiyeva ilə görüşüb, şəhid mədəniyyət işçisinin ailəsinin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb:
“Siz, Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş əsgərimizin ailə üzvüsüz. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox şəhid ailələrinin üzvləri haqq edir. Biz Sizə minnətdarıq! Şəhid əsgərimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik!
Tural Hümmətov Vətən Müharibəsində iştirak edərkən Şuşa istiqamətində gedən döyüşlərdə şəhidlik mərtəbəsinə yüksəlib.
Şəhidimiz Azərbaycan Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Tural kimi gənclərimizlə hər zaman qürur duyacağıq!
Onun və cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız, o cümlədən tarixi-mədəni abidələrimiz, mədəniyyət müəssisələrimiz, tapınaqlar Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Beləliklə, abidələrimizi təmir-bərpa etmək, onların dağılmasının qarşısını almaq və yeni mədəniyyət müəssisələri tikərək, bölgələrimizin mədəni ənənələrini, ümumən mədəni həyatı canlandırmaq imkanları yaranıb.
Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirəm!
Şəhid mədəniyyət işçisinin anası Cəmilə xanım Hümmətovaya Mədəniyyət komitəsi adından ünvanlanmış Məktub, şəhidin bacısı G.Allahverdiyevaya təqdim edilib.