Modern.az

Messi “Barselona”da 650-ci qolunu vurdu

Messi “Barselona”da 650-ci qolunu vurdu

Aktual

1 Fevral 2021, 02:46

İspaniya La Liqasının 21-ci turunda "Barselona" evdə "Atletik Bilbao"nu qəbul edib.

 

Modern.az xəbər verir ki, İspaniya Superkubokunun finalında Bilbao təmsilçisinə uduzan katalonlar bu dəfə rəqibə şans verməyib.

 

Matçın 20-ci dəqiqəsində Lionel Messinin cərimə zərbəsindən vurduğu mükəmməl qolla "Barselona" önə çıxıb. 49-cu dəqiqədə Jordi Alba öz qapısından top keçirib. Gərgin keçən oyunun 74-cü dəqiqəsində Antonio Qrizman "Barsa"nı yenidən önə çıxarıb. Matç "Barselona"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Aktivinə növbəti 3 xalı yazdıran Kataloniya təmsilçisi "Real Madrid"lə xal fərqini aradan qaldıraraq 40 xalla turnir cədvəlində 2-ci pilləyə yüksəlib. "Atletik Bilbao" isə 11-ci pillədə qərarlaşıb.

 

Qeyd edək ki, Lionel Messi bu gün "Barselona" forması ilə çıxdığı 755-ci rəsmi oyununda 650-ci qolunu vurub. O, Argentina millisinin heyətində 71 qola imza atıb. Beləliklə, Messinin rəsmi matçlarda vurduğu qolların sayı 721-ə yüksəlib.

 

Turan ASLAN

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV