Modern.az

Hulusi Akar Türkiyə - Rusiya Birgə Monitorinq Mərkəzinə təlimat verdi

Hulusi Akar Türkiyə - Rusiya Birgə Monitorinq Mərkəzinə təlimat verdi

Aktual

1 Fevral 2021, 18:00

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanda fəaliyyətə başlayan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə rəhbərlik edən türk generalın iştirakı iılə videoformatda görüş keçirib.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hulusi Akar mərkəzdəki fəaliyyətlər barədə məlumat alıb və müvafiq təlimatlar verib.

"İstəyimiz bölgədə sülh və əmin-amanlığın hökm sürməsidir" deyə Hulusi Akar Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin aktiv fəaliyyəti ilə əlaqədar bildirib.

Xatırladaq ki, Birgə Monitorinq Mərkəzinin türkiyəli şəxsi heyətinə general-mayor Abdullah Qatırcı rəhbərlik edir.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...