Modern.az

272 Rusiya vətəndaşı Azərbaycandan ölkələrinə qayıtdı

272 Rusiya vətəndaşı Azərbaycandan ölkələrinə qayıtdı

Aktual

1 Fevral 2021, 21:13

Azərbaycandan Rusiyaya daha 272 nəfər qayıdıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Dağıstan Respublikasının milli siyasət və dini məsələlər naziri vəzifəsini yerinə yetirən Enrik Müslümov məlumat verib. O deyib ki, daha 272 Rusiya vətəndaşı Azərbaycanla dövlət sərhədini keçərək Vətənə qayıdıb. Onlar Rusiyanın müxtəlif regionlarının sakinidir. İki həftə özünütəcrid şəraitində qaldıqdan sonra Rusiya vətəndaşları yaşadıqları yerlərə gedə biləcəklər.

 

Azərbaycan ilə Rusiya arasında quru sərhədi koronavirus pandemiyası ilə əlaqədar martın 1-dək piyada keçidi üçün bağlıdır. Eyni zamanda, sərhəddə yük daşımaları müvafiq qaydada həyata keçirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV