Modern.az

Rusiya ilə Azərbaycan arasında iki yeni aviareys açılır

Rusiya ilə Azərbaycan arasında iki yeni aviareys açılır

Aktual

2 Fevral 2021, 17:23

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi "Azur Air" aviaşirkətinə iki şəhərdən Azərbaycana uçuşlar keçirməyə icazə verib.

 

Modern.az-ın məlumatına görə, yeni icazə əsasında aviaşirkət Moskva və Sankt-Peterburqdan Qəbələyə reyslər təşkil edəcək.

 

Hər iki istiqamət üzrə reyslər həftənin hər günü baş tutacaq.

 

Reyslərin tarixləri hələlik açıqlanmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib