Modern.az

Saatlıda toy edənlər cərimələndi - FOTOLAR

Saatlıda toy edənlər cərimələndi - FOTOLAR

Aktual

3 Fevral 2021, 10:30

Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, fevral ayının 2-də Saatlı RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayonun Bəylər kənd sakini B.Ağamirzəyev yaşadığı evin həyətində qonaqların iştirakı ilə gizli şəkildə yığcam toy mərasimi təşkil etdiyi müəyyən edilib.

 

Məclisin təşkilatçısı və iştirak edənlər barədə inzibati qaydada protokollar tərtib olunaraq cərimə ediliblər.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi