Modern.az

Səlim Müslümovun həbs xəbəri YAYILDI

Səlim Müslümovun həbs xəbəri YAYILDI

Aktual

3 Fevral 2021, 11:09

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbs edildiyi barədə məlumat yayılıb.

 

Modern.az xəbər verir ki, hüquq mühafizə orqanları tərəfindən keçmiş məmurun ciddi korrupsiya faktlarına görə saxlanıldığı bildirilir.

 

S.Müslümovun yaxınları onun həbs xəbərini Unikal.org-a təsdiqləyiblər.


Qeyd edək ki, Səlim Müslümov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun yaxın kadrı kimi tanınır. K.Heydərov Dövlət Gömrük Komitəsinin sədri olduğu dövrdə S.Müslümov onun müavini olub. Onu da nəzərinizə çatdıraq ki, S. Müslümov DGK-nin sədri olduğu vaxtda korrupsiya əməlinə görə həbs həyatı yaşayıb. Bəraət aldıqdan sonra isə Dövlət Sosial Müdafiə Fonsunun sədri, ardınca isə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışıb.

 

Xatırladaq ki, 2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı müvafiv sərəncama əsasən o, vəzifəsindən azad edilib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV