Modern.az

Koronavirus xəstəsinin qaçmasına DİN-dən REAKSİYA

Koronavirus xəstəsinin qaçmasına DİN-dən REAKSİYA

Aktual

3 Fevral 2021, 11:36

"Sosial şəbəkələrdə aktiv koronavirus xəstələrinin xəstəxanadan qaçması ilə bağlı yayılan məlumatlar əsassızdır, yalandır".

 

Modern.az xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

 

O qeyd edib ki, yayılan məlumatlar tam və hərtərəfli olaraq yoxlanılıb:

 

"Sosial şəbəkə istifadəçilərinə tövsiyə edirik ki, hər hansı məlumatı paylaşarkən diqqətli olsunlar".

 

Qeyd edək ki, sosial şəbəkə istifadəçilərindən biri 25 nəfər COVID-19 xəstəsinin Bakıdakı xəstəxanadan qaçdığını iddia edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV