Modern.az

“Razılaşmanı Vaşinqton pozub” - Ruhani

“Razılaşmanı Vaşinqton pozub” - Ruhani

Aktual

3 Fevral 2021, 21:17

"Hərtərəfli birgə fəaliyyət planına yeni şərtlər əlavə oluna bilməz".

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani bildirib. Onun sözlərinə görə, birgə fəaliyyət planı asanlıqla əldə olunmayıb:

 

“Onun işlənməsi və müzakirəsi üçün 10 ilə yaxın vaxt tələb olunub. Buna görə də planın heç bir bəndi dəyişdirilə və ya ona yeni şərtlər əlavə oluna bilməz".

 

İran Prezidenti həmçinin ABŞ-ı beynəlxalq qətnamələrə riayət etməyə çağırıb. Onun sözlərinə görə, razılaşmanı ölkəsi deyil, rəsmi Vaşinqton pozub.

 

Ruhani bəyan edib ki, İranın öhdəliklərini yerinə yetirməsi Birləşmiş Ştatların yanaşmasından asılı olacaq.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV