Modern.az

10-11-ci siniflər əyani dərslərə nə vaxt başlayacaq? - Rəsmi cavab

10-11-ci siniflər əyani dərslərə nə vaxt başlayacaq? - Rəsmi cavab

Aktual

4 Fevral 2021, 12:38

“10-11-ci sinif şagirdləri hələ ki, dərslərini onlayn şəkildə davam etdirəcəklər. Vaxt müəyyən olunmayıb, amma mərhələ-mərhələ ona doğru da gedirik”.

 

Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bu gün keçirilən brifinqdə bildirib.

 

O həmçinin qeyd edib ki, peşə məktəblərində əyani təhsil vacibdir. Lakin epidemioloji vəziyyəti nəzərə alaraq əyani təhsil dayandırılmışdı. Hazırda bu təhsil bərpa olunub.

 

V. Yaqublu məktəblərdə vaksinasiya məsələsinə də toxunub və bildirib ki, bu məsələ plandadır. O qeyd edib ki, müəllimlər də risk qrupu kimi peyvənd olunacaqlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV