Modern.az

İtaliya Azərbaycanın strateji tərəfdaşıdır

İtaliya Azərbaycanın strateji tərəfdaşıdır

Aktual

4 Fevral 2021, 12:29

Ölkələrimiz arasındakı münasibətlər, həm iqtisadi, həm də siyasi müstəvidə yüksələn xətlə inkişaf edir. 

 

Modern.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbulu zamanı səsləndirilən fikirlərə münasibət bildirən millət vəkili, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli deyib.

 

İtaliya şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyətindən söz açan Azər Kərimli “Maire Tecnimont Group” şirkətinin də onlardan biri olduğunu vurğulayıb:

 

““Maire Tecnimont Group” İtaliyanın ən böyük və tarixi olan şirkətlər qruplarından biridir. Qrupun təməlinin İtaliya sənayesinin qaranquşları sayılan Edison, Montekatini və Fiatın mühəndis heyəti tərəfindən qoyulması,  əsasını KTİ, Fiat Engineering, Tecnimont və Montedison Groupun təşkil etməsi, “Maire Tecnimont Group” şirkətinin nə qədər möhkəm sütunlar üzərində qurulduğunu nümayiş etdirir. “Maire Tecnimont Group” dünyanın bir sıra ölkələrində yaşıl enerji layihələri həyata keçirir. Şirkətlər qrupunun həyata keçirdiyi son layihələrdən biri dünyada külək enerjisi ilə bağlı ən böyük layihə hesab olunur. Meksikada gerçəkləşdirilən bu layihə 450 min təsərrüfatı fasiləsiz və ucuz elektrik enerjisi ilə təmin edir. Bu həm də atmosferə il ərzində 435 min ton karbon qazının buraxılmaması deməkdir və bu da öz növbəsində 70 min avtomobilin havaya buraxdığı tullantıya bərabərdir”.

 

Azər Kərimli qeyd edib ki, Azərbaycan, cənab Prezidentin dediyi kimi dar gündə tanınan dost ölkələrin şirkətlərinin ölkəmizdəki layihələrdə iştirakına üstünlük verməklə yanaşı, bu şirkətlərin öz fəaliyyətlərini yüksək  peşəkarlıqla qurmalarına böyük önəm verir: “Məsələn, məlum olduğu kimi, İtaliyanın “Ansaldo Energia" şirkəti Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunacaq 4 ədəd 110 kilovoltluq yarımstansiyanın avadanlıqlarla təchizatını həyata keçirəcək. “Ansaldo Energia" dünyanın 90 ölkəsində fəaliyyət göstərən nəhəng bir şirkətdir. Bu isə onu nümayiş etdirir ki, Azərbaycan dostluğu, səmimi tərəfdaşlığı yüksək qiymətləndirməklə yanaşı, keyfiyyətə də mühüm əhəmiyyət əhəmiyyət verir”. 

 

Millət vəkili bildirib ki, artıq işğal altında olan ərazilərimizin bərpa prosesinə bir neçə italyan şirkəti dəvət olunub:

 

“Dövlətimizin başçısı onların sayının artacağını vurğulayıb və bu da, şübhəsiz ki, Azərbaycanla İtaliya arasındakı münasibətlərin strateji səviyyəsindən xəbər verir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV