Modern.az

Gürcüstanda itaətsizlik yürüşü

Gürcüstanda itaətsizlik yürüşü

Aktual

6 Fevral 2021, 21:45

Tbilisinin mərkəzi Rustaveli prospektində “komendant saatı”nın başladığı yerli vaxtla saat 21:00-da itaətsizlik yürüşü start götürüb.

 

Modern.az xəbər verir ki, “Ayıbdır” hərəkatının təşkil etdiyi aksiyada ictimai fəallar, müxalifət təmsilçiləri və biznes sektorunun nümayəndələri iştirak edirlər.

 

Aksiyanın əsas tələbi koronavirus pandemiyası səbəbindən ölkədə tətbiq olunan “komendant saatı” və məhdudiyyətlərin aradan götürülməsidir.

Təşkilatçıların sözlərinə görə, hökumətin böhrandan çıxış üçün planı yoxdur və artıq itaətsizlik zamanı yetişib.

 

Qeyd edək ki, Gürcüstanda “komendant saatı” ötən ilin noyabrından tətbiq olunur. Saat 21:00-dan saat 05:00-dək vətəndaşların və avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır. Bu məhdudiyyət martın 1-dək qüvvədə saxlanılacaq (report).

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi