Modern.az

“Atletiko” - “Çelsi” matçının yeri dəyişdirildi

“Atletiko” - “Çelsi” matçının yeri dəyişdirildi

Aktual

8 Fevral 2021, 16:38

Çempionlar Liqasının daha bir oyununun yeri dəyişdirilib.

 

Modern.az xəbər verir ki, 1/8 final mərhələsinin “Atletiko” – “Çelsi” matçı Rumıniyanın paytaxtı Buxarestdə baş tutacaq.

 

Buna İngiltərə təmsilçisinin Madridə gedə bilməməsi səbəb olub. Bu, koronavirusun yeni ştampına yoluxma olan ölkələrdən İspaniyaya yollanmağa qadağa qoyulması ilə bağlıdır. Bu oyun fevralın 23-də keçiriləcək.

 

Qeyd edək ki, eyni səbəbdən “Leypsiq” – “Liverpul” matçı Macarıstan paytaxtı Budapeştdə keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV