Modern.az

Bakıda avtomobil işıq dirəyinə çırpıldı

Bakıda avtomobil işıq dirəyinə çırpıldı

Aktual

8 Fevral 2021, 17:42

Bakıda minik avtomobili dirəyə çırpılıb.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda “Hyundai” markalı minik avtomobili yol kənarındakı işıq dirəyinə çırpılıb.

 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV