Modern.az

ÜST və UNICEF Azərbaycanı dəstəkləyib

ÜST və UNICEF Azərbaycanı dəstəkləyib

Aktual

8 Fevral 2021, 19:03

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosu və UNICEF Azərbaycan, Gürcüstan, Qazaxıstan, Moldova və Özbəkistana dərman və tibbi təyinatlı məhsulların vaxtında çatdırılmasının təmin olunması üçün təchizat zəncirinin işinin optimallaşdırılmasında dəstək göstərib.

 

Modern.az xəbər verir ki, bu barədə ÜST-ə istinadən məlumat verir.

 

Qeyd olunub ki, Avropa regionunun ölkələri dəfələrlə təchizat zənciri ilə bağlı problemlərlə üzləşib. COVID-19 pandemiyası isə beynəlxalq, regional və lokal tədarük prosesini daha da pozub.

 

Bu problemlərin aradan qaldırılması üçün ÜST və UNICEF 5 ölkənin səhiyyə orqanlarının dəstəklənməsi üçün texniki resurslarını və təcrübəsini birləşdirib. İnteqrasiya olunmuş qruplar ölkələrin təchizat zəncirinin idarə olunması sistemlərinin inkişafı üçün tələbləri müəyyən edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV