Modern.az

Almaniya Rusiya diplomatını ölkədən qovdu

Almaniya Rusiya diplomatını ölkədən qovdu

Aktual

8 Fevral 2021, 21:10

Almaniya Xarici İşlər Nazirliyi cavab tədbiri olaraq Rusiya səfirliyinin bir əməkdaşını arzuolunmaz şəxs (persona non grata) elan edib.

 

Modern.az “RİA Novosti”yə istinadla xəbər verir ki, həmçinin Polşa və İsveç xarici işlər nazirlikləri də eyni addımı atmaq niyyətini açıqlayıblar.

 

Xatırladaq ki, cümə günü Rusiya Xarici İşlər Nazirliyi Almaniya səfirliyinin, habelə Polşa və İsveçin Sankt Peterburqdakı baş konsulluqlarının bu ölkədə keçirilən etiraz aksiyalarında iştirak etdikləri bildirilən əməkdaşlarının arzuolunmaz şəxs elan edilməklə ölkədən çıxarılacaqlarını açıqlamışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV