Modern.az

Droqbanın oğlu İtaliyada oynayacaq

Droqbanın oğlu İtaliyada oynayacaq

Aktual

8 Fevral 2021, 22:58

Kot d İvuar millisinin və İngiltərənin "Çelsi" klubunun keçmiş futbolçusu Didye Droqbanın oğlu İsaak Droqba karyerasını İtaliyada davam etdirəcək.

 

Modern.az xəbər verir ki, 21 yaşlı hücumçu D Seriyasında (səviyyəcə 4-cü liqa) çıxış edən "Folqorye Karateze" komandasına keçib.

 

Gənc forvardla imzalanmış müqavilənin detalları açıqlanmayıb.

 

Qeyd edək ki, Fransanın paytaxtı Parisdə anadan olan İsaak Droqba "Çelsi" futbol akademiyasının yetirməsidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi