Modern.az

Raket və Artilleriya Qoşunlarının bölmələrinə həyəcan siqnalı verildi

Raket və Artilleriya Qoşunlarının bölmələrinə həyəcan siqnalı verildi

Aktual

9 Fevral 2021, 11:58

Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının fəaliyyəti ilə tanış olmaq üçün fevralın 9-da N saylı artilleriya hərbi hissələrinə səfər təşkil edilib.

 

Modern.az xəbər verir ki, əvvəlcə düşmənin sentyabrın 27-də növbəti təxribatı zamanı olduğu kimi hərbi hissəsinin şəxsi heyətinə həyəcan siqnalı verilib.

 

Həyəcan siqnalı ilə qaldırılan bölmələrin hərtərəfli döyüş hazırlığı, qarşıya qoyulan vəzifələri qısa müddətdə yerinə yetirmək bacarıqları və manevr imkanları praktiki nümayiş etdirilib.


Səfər çərçivəsində şəxsi heyət və müasir artilleriya qurğuları ilə tanış olan media nümayəndələri praktiki tapşırıqların icrasını canlı izləyiblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV