Modern.az

Paşinyan yenidən Moskvaya gedir

Paşinyan yenidən Moskvaya gedir

Aktual

9 Fevral 2021, 17:26

Ermənistan mətbuatında Nikol Paşinyanın Rusiyanın paytaxtı Moskva şəhərinə səfər edəcəyi ilə bağlı məlumatlar yayılıb.

 

Modern.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyan 10 fevral tarixində Moskvaya gedəcək. Onun Rusiyada 2 günlük səfərdə olması planlaşdırılır.

 

Paşinyanın burada yüksək dövlət vəzifəsi tutan şəxslərlə görüşlər keçirməsi gözlənilir. Səfərlə bağlı detallar barədə məlumat verilməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!