Modern.az

Pandemiyanın kökləri heyvana işarət eləmir - ÜST-dən açıqlama

Pandemiyanın kökləri heyvana işarət eləmir - ÜST-dən açıqlama

Aktual

9 Fevral 2021, 21:43

Yeni növ koronavirusun (COVİD-19) ilk dəfə aşkarlandığı Uhana gedən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri apardıqları araşdırmaların nəticələrini açıqlayıblar.

 

Modern.az xəbər verir ki, ÜST-ün açıqlamasına görə, koronavirusun köklərini müəyyənləşdirməyə yönəlmiş araşdırmalar nəticəsində məlum olub ki, pandemiyanın kökləri heyvana işarət eləmir və 2019-cu ilin dekabrından əvvəl bölgədə virusa rast gəlinməyib.

 

ÜST mütəxəssisləri virusun laboratoriyadan yayılması ilə bağlı iddiaları da cavablandırıb. Onlar bu iddiaları tamamilə əsassız adlandırıblar.

 

Bundan başqa, bildirilib ki, heyət yeni məlumatlar üzə çıxarıb. Ancaq bu məlumatlar pandemiyanın ümumi mənzərəsini dəyişmir.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV