Modern.az

Azərbaycana əlimizdən gələn dəstəyi verdik - Ərdoğan

Azərbaycana əlimizdən gələn dəstəyi verdik - Ərdoğan

Aktual

9 Fevral 2021, 21:57

"Otuz ildir ki, Azərbaycan torpağı Qarabağı işğal altında tutdunuz. O torpaqlar azərbaycanlı qardaşlarımızındır. Azərbaycanın özü qərar verib Qarabağı geri aldı və biz də əlimizdən gələn dəstəyi verdik".

 

Modern.az xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Türkiyə Milli Kosmos Proqramının təqdimat mərasimindəki çıxışında deyib.

 

Türkiyənin kosmos və peyk texnologiyalarında böyük uğurlar qazandığını diqqətə çatdıran dövlət başçısı söyləyib ki, qardaş ölkənin milli istehsalı olan İHA (pilotsuz uçuş aparatları) və SİHA-larla (pilotsuz silahlı uçuş aparatları) cəhbədə oyunları pozan tərəf olmağı bacardıq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi