Modern.az

Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi açıqlandı

Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi açıqlandı

Aktual

9 Fevral 2021, 23:00

2020-ci ildə Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 2,221 milyard dollar olub ki, bu da 2019-cu illə müqayisədə 187,296 milyon dollar çoxdur.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

 

2020-ci ildə Türkiyədən Azərbaycana ixrac 1,855 milyard dollar, Azərbaycandan idxal isə 366 milyon dollara bərabər olub.

2020-ci il ərzində Türkiyənin xarici ticarət dövriyyəsi 388,879 milyard dollar təşkil edib.

 

Türkiyənin ixracı 2019-cu illə müqayisədə 6,3 faiz azalaraq 169,482 milyard dollar, idxalı 4,3 faiz artaraq 219,397 milyard dollara bərabər olub.

 

Qeyd edək ki, 2019-cu ildə Türkiyənin xarici ticarət dövriyyəsi 374,236 milyard dollar təşkil edib (trend).

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV