Modern.az

Piyadaların hərəkətinə mane olan qaz xətti köçürüldü - FOTO

Piyadaların hərəkətinə mane olan qaz xətti köçürüldü - FOTO

Aktual

10 Fevral 2021, 16:50

Bakının Nərimanov rayonu Ələsgər Qayıbov küçəsində piyadaların hərəkətinə mane olan qaz xəttinin bir hissəsi torpaq altına köçürülüb.

 

Modern.az xəbər verir ki, belə ki, bir müddət öncə “Bakmil” stansiyasının qarşısında yerləşən küçədə çəkilən foto sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.

 

“Azəriqaz” İstehsalat Birliyi olaraq açıqlamamızda qeyd etmişdik ki, qaz xətti ərazidə çoxdan yerləşir. Piyada keçidinin olduğu yaşıllıq ərazisi isə sonradan yaradılıb.

 

Lakin buna baxmayaraq tez bir zamanda həmin yerdən hərəkət edən insanların rahatlığı üçün müvəqqəti olaraq daş hörgülü pilləkənlər quraşdırıldı. 

 

Artıq “Azəriqaz” İB-nin Təmir-Tikinti İdarəsi müvəqqəti piyada keçidini tamamilə ləğv edərək ərazidə qaz xəttinin bir hissəsini torpaq altına köçürüb. Beləliklə, piyadaların hərəkəti üçün tam normal şərait yaradılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi