Modern.az

Koronavirus bu ölkəni "tərk etdi"

Koronavirus bu ölkəni

Aktual

10 Fevral 2021, 22:50

Tacikistanda son bir ayda koronavirusa yoluxma faktı aşkarlanmayıb.

 

Modern.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, indiyə qədər 13 min 218 nəfərin xəstəlikdən sağaldığı ölkədə 90 nəfər pandemiyanın qurbanı olub.

 

Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, Tacikistanda COVID-19-a ilk yoluxma 2020-ci ilin aprelində qeydə alınıb. Ən axırıncı yoluxma tarixi isə bu ilin 10 yanvarında olub ki, bu vaxt üç nəfərdə koronavirus tapılıb.

 

Artıq ölkədə koronavirusdan müalicə alan şəxs də qalmayıb.

Son dönəmdə ölkədə pandemiya ilə bağlı vəziyyət normallaşır. Karantin tədbirləri yumşaldılır.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV