Modern.az

Vilayət Eyvazov bu rayona rəis təyin etdi

Vilayət Eyvazov bu rayona rəis təyin etdi

Aktual

10 Fevral 2021, 23:17

Daxili İşlər Nazirliyində növbəti kadr islahatı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik leytenantı Seymur Əfəndiyev Goranboy Rayon Polis Şöbəsinin Əməliyyat üzrə rəis müavini vəzifəsindən azad olunub.

 

Nazirin digər əmri ilə o, Daşkəsən Rayon Polis Şöbəsinə rəis təyin edilib.

 

Qeyd edək ki, ötən gün Daşkəsən RPŞ-nin rəisi polis polkovnik-leytenantı Azay Ağayev vəzifəsindən azad edilərək, Masallı Rayon Polis Şöbəsinə rəis təyin edilmişdi (oxu.az).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV