Modern.az

ABŞ-dan Myanmaya sanksiya

ABŞ-dan Myanmaya sanksiya

Aktual

11 Fevral 2021, 00:18

ABŞ Prezidenti Co Bayden Mayanmada dövlət çevrilişi edən hərbçilərə qarşı sanksiyaların tətbiqinə imkan verən sərəncamı imzalayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Baydenin özü bəyan edib.

 

“Hökumət generalların Birma fondlarına məxsus və ABŞ-da saxlanılan 1 milyard dollar vəsaitə giriş əldə etmələrinin qarşısını almaq üçün addımlar atır. Və bu gün çevrilişi həyata keçirən hərbi rəhbərlərə, habelə onların iş ortaqlarına və ailə üzvlərinə dərhal sanksiya tətbiq etməyimizə imkan verən sərəncamı təsdiq etdim”, - deyə Prezident bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!