Modern.az

Rəşad Nəbiyevdən yeni TƏYİNAT

Rəşad Nəbiyevdən yeni TƏYİNAT

Aktual

11 Fevral 2021, 18:40

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kadr dəyişiklikləri olub.

 

Modern.az xəbər verir ki, nazir Rəşad Nəbiyevin müvafiq əmri ilə Nazirliyin daxili nəzarət və audit şöbəsinin müdiri Pərvin İsmayılov vəzifəsindən azad edilib və onun yerinə hələ ki təyinat olmayıb.

 

Nazirin digər əmri ilə hüquq şöbəsinin uzun müddət boş qalan müdiri vəzifəsinə Bəxtiyar Məmmədov gətirilib.

 

Qeyd edək ki, B.Məmmədov sabiq nazir Əli Abbasovun dövründə eyni adlı şöbəyə rəhbərlik edib. Daha sonra isə o, NRYTN-dən ayrılaraq Nazirlər Kabinetində çalışıb.

 

Xatırladaq ki, B.Məmmədov Maltanın “FimBank” bankı ilə məhkəmə çəkişmələrində Azərbaycan tərəfi təmsil edən əsas şəxs olub

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV