Modern.az

Terminaldan işıqpulu ödənişlərinə görə əlavə 1 manat TUTULACAQ

Terminaldan işıqpulu ödənişlərinə görə əlavə 1 manat TUTULACAQ

Aktual

11 Fevral 2021, 21:43

Ödəmə terminallarında 1 manat xidmət haqqı tutulacaq. 

 

Modern.az xəbər verir ki, bu barədə “Milliön” müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva “Xəzər” televiziyasının “Birinci studiya” verilişində deyib. 

 

“Hazırda yalnız “Azərişıq” qeyri-əhali ödənişlərində müştərilərdən 1 AZN borcdan əlavə ödəmə olmalıdır. Bu xəbərdarlıq kimi bütün terminalların, aparatların üzərində həmin xidmətə daxil olaraq monitorda qeyd olunub. Bu qərar “Milliön” və “Azərişıq” arasında qarşılıqlı razılaşma əsasında qəbul edilib. Bu yalnız “Milliön” köşklərinə şamil olunmur. Ümumi olaraq “Azərişıq” tərəfindən tətbiq olunan razılaşma əsasında rəqib şirkətlərə də şamil edilir”, - deyə Əfəndiyeva qeyd edib.

 

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV