Modern.az

Əfqanıstanda BMT-nin avtomobillərinə hücum - 5 nəfər həlak oldu

Əfqanıstanda BMT-nin avtomobillərinə hücum - 5 nəfər həlak oldu

Aktual

11 Fevral 2021, 23:03

BMT-nin Əfqanıstandakı missiyasına aid iki maşına Kabil ilə Cəlalabad şəhərini birləşdirən magistral yolda silahlı hücum olub.

 

Modern.az xəbər verir ki, Əfqanıstanın "Ariana News" telekanalının məlumatına əsasən, avtomobillərdən birinin sürücüsü ölüb və onun idarə etdiyi nəqliyyat vasitəsi çaya düşüb.

Son məlumatlara görə, hadisə nəticəsində beş nəfər həlak olub.

 

Bildirilib ki, Kabil-Cəlalabad yolundakı təşkil edilən hücumda ölənlər arasında BMT əməkdşları yoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi