Modern.az

YAP-la AKP əməkdaşlıq imkanlarını müzakirə etdi

YAP-la AKP əməkdaşlıq imkanlarını müzakirə etdi

Aktual

11 Fevral 2021, 23:37

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) və Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) birgə təşkilatçılığı ilə "Türkiyə-Azərbaycan qardaşlığı: Qarabağ müharibəsindən sonra regional iqtisadi əməkdaşlıq imkanları" mövzusunda videokonfrans keçirilib.

 

Modern.az xəbər verir ki, konfransda Qarabağda qələbənin əldə olunmasında Azərbaycana böyük dəstək göstərmiş qardaş Türkiyənin xüsusi rolu qeyd edilib. 

 

Tədbirdə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin perspektivlərindən danışılıb, Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra hər iki dövlət başçısının apardığı siyasəti xüsusi vurğulanıb. Hər iki ölkənin hakim partiya üzvləri dövlətlərimizin başçılarının əldə edilən iqtisadi perspektlərdən ölkələrimizin mənafeyi naminə maksimum yararlanmaq istiqamətində böyük işlər görəcəklərindən əminliklərini bildirdilər. 

 

Yekunda AKP sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Numan Kurtulmuş və Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov konfransın əhəmiyyətini vurğulayaraq hər iki partiyanın əməkdaşlığının inkişafından məmnunluqlarını ifadə ediblər.

 

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV