Modern.az

ABŞ-da 100-ə yaxın maşın toqquşdu

ABŞ-da 100-ə yaxın maşın toqquşdu

Aktual

12 Fevral 2021, 00:09

ABŞ-ın Texas ştatının şimal-şərq hissəsində baş verən yol-nəqliyyat hadisəsində azı 5 nəfər həlak olub.

 

Modern.az "NBCnews" telekanalına istinadən xəbər verir ki, bu barədə Fort-Uert şəhərinin Polis İdarəsinin nümayəndəsi Deniel Sequra bildirib.

 

"Bizdə təsdiq edilmiş informasiya var ki, azı beş insan həlak olub", - o mətbuat konfransında qeyd edib. Sequra bildirib ki, hakimiyyət orqanları hadisə haqqında informasiyanı dəqiqləşdirməyə davam edir.

 

Telekanalın yerli filialının informasiyasına əsasən, hadisə zamanı təxminən 35 nəfər xəsarət alıb, yaralılar xəstəxanaya yerləşdirilib. Qeyd edilir ki, magistrallardan birində ümumilikdə 100-yə yaxın avtomobil toqquşub. Hadisəyə yolun buz bağlaması səbəb olub.

 

Telekanal bildirib ki, ştatın başqa hissələrində də yol-nəqliyyat hadisələri olub. Həmin qəzalar zamanı daha üç nəfər həlak olub.

 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV