Modern.az

Elm korifeyi Lütfi Zadə - 100 il!

Elm korifeyi Lütfi Zadə - 100 il!

Aktual

11 Fevral 2021, 23:52

“Çətinlik artdıqca, dəqiq iddialar önəmini, önəmli iddialar isə dəqiqliyini itirir. Biz dəqiqlik tələbindən imtina etməli və nəticələri bulanıq yaxud qeyri-dəqiq olan nəticələri də qəbul etməliyik” - Lütfi Zadə.

Bu yazının müəllifi, Lütfi Zadə elmi yaradıcılığının pərəstişkarı ilk olaraq özü barədə qısa məlumat vermək istərdi.

 

  • O, Azərbaycanda, azərbaycanlı ailəsində anadan olub,
  • Onun atası neft maşınqayırması sahəsi üzrə mütəxəssis, təcrübəçi mühəndis kimi riyaziyyat sahəsində zəiflik hiss etmişdi. Ona görə də oğluna riyaziyyat fakültəsində təhsil almağı məsləhət görür.
  • Müəllif məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsinə daxil olur və bitirir
  • Azərbaycan Elmlər Akademiyasının Dərin Neft-Qaz Yataqları Problemləri İnstitutunda çalışır, Moskvada İdarəetmə Problemləri İnstitutunda aspirantura təhsili alır

 

Lütfi Zadənin qeyri-səlis məntiqini elmi fəaliyyətində aktiv tətbiq edən müəllif dahi alimin elmi yaradıcılığını diqqətlə izləyib. Korifeyin yubileyinin yaxınlaşdığını bilən müəllif müxtəlif ölkə alimlərinin iştirakı ilə bunu layiqli qeyd etməyi təklif etdi. Bu təklifi Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, xüsusən, Komitənin sədri Fuad Muradov dəstəklədi.

 

Həmkarlarla, alimlərlə danışıqlar zamanı tədbirin fortmatı və s. məsələlər ən münasibt həll varinatını tapdı. Nəhayət, 2021-ci il fevralın 5-də qeyri-səlis məntiqin yaradıcısı Lüti Zadənin 100 illik yubileyi ilə bağlı beynəlxalq konfrans işinə başladı. Təşkilatçı Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi idi. İştirakçılar: alimlər, həmkarlar, mütəxəssislər, ictimai xadimlər, ümumilikdə, 7 ölkədən 94 nəfər idi. Konfransı giriş sözü ilə Diaspor Komitəsi sədrinin 1-ci müavini və konfransın baş moderatoru Valeh Hacıyev açdı.

ABŞ-ın Corciya Universitetinin professoru Rafiq Əzizov, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Qorxmaz İmanov, Azərbaycan, Türkiyə, Rusiya və İrandan professorlar, elm xadimləri və araşdırmaçılar çıxış etdi.

 

Bütün iştirakçılar Lütfi Zadənin elmə verdiyi töhfəni qeyd ediblər. Çıxışlarda azərbaycanlıların və bütün dünya türklərinin onunla qürur duymaları, alimin əsərlərinə nüfuzlu elm mərkəzləri və universitetlərin istinad etməsi faktı qırmızı xətt kimi keçirdi.

 

 

Həşim Əliyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV