Modern.az

Yaponiyada Tənhalıq Nazirliyi yaradıldı

Yaponiyada Tənhalıq Nazirliyi yaradıldı

Aktual

12 Fevral 2021, 08:40

Yaponiyanın baş naziri Yosihide Suqa ölkənin Regional inkişafı üzrə naziri Tesusi Sakamotonu Tənhalıq üzrə nazir vəzifəsinə təyin edib.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin baş katibi Kasunobu Kato Tokioda keçirdiyi mətbuat konfransında bildirib.

 

O, qeyd edib ki, Yaponiya hökumətində tənha vətəndaşların problemləri üzrə məsul olan nazir vəzifəsi ilk dəfə yaradılıb.

 

"Bu təyinatın hədəfinə gəlincə, söhbət aşağı doğum səviyyəsi olan cəmiyyətin yaşlanması səbəbi ilə ortaya çıxan sosial problemlərin həllindən gedir. Bura həmçinin ilk növbədə qadınlar və gənclər arasında mövcud olan intiharlar problemi də aiddir", - Kato deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV