Modern.az

Naftalanın icra başçısı növbəti onlayn qəbul keçirib  

Naftalanın icra başçısı növbəti onlayn qəbul keçirib  

Aktual

12 Fevral 2021, 14:06

 

Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov tərəfindən vətəndaşların növbəti onlayn qəbulu keçirilib.

 

Modern.az xəbər verir ki, qəbul zamanı vətəndaşların müraciətləri dinlənilmiş, onları narahat edən bir sıra məsələlər elə qəbul zamanı həll olunub. Həmçinin vətəndaşlar tərəfindən qaldırılan bəzi məsələlərə dair onlara müvafiq izahat verilmiş və ya  həlli ilə əlaqədar araşdırılıb müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilərək nəzarətə götürülüb. 

Qəbula gələnlər onların müraciətlərinin dinlənilməsindən məmnunluqlarını ifadə edərək ölkəmizdə və Naftalanda həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV