Bələdiyyələrin siyahısına dəyişiklik nəzərdə tutulur.
Modern.az xəbər verir ki, bununla bağlı “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsi parlamentin müzakirəsinə təqdim ediləcək.
Qeyd edək ki, məsələ Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirə olunacaq.