Modern.az

Qəbələdə ayı arıçıya hücum etdi

Qəbələdə ayı arıçıya hücum etdi

Aktual

12 Fevral 2021, 17:52

Qəbələdə ayı arıçıya hücum çəkib.

 

Modern.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, hadisə rayonun Vəndam kəndində qeydə alınıb. 

 

Qəsəbə sakini Fərman Rəcəbov kənd ərazisində arı pətəklərini düzərkən qəfildən Qafqaz ayısının hücumuna məruz qalıb. F. Rəcəbov ayı ilə əlbəyaxa olub və çətinliklə onun pəncəsindən qurtula bilib. 

 

Yaralı halda dərəyə aşan arıçı bir xeyli orada qaldıqdan sonra qardaşına zəng edib. Yaralı Qəbələ Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 

 

Xəstəxanada yaralıya sol ayağının, baş və qarın nahiyələrinin çoxsaylı xəsarətləri diaqnozu qoyulub. Daha sonra o, müalicəsinin davam etdirmək üçün Bakı şəhərinədəki xəstəxanaların birinə göndərilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi