Modern.az

Ağcabədi sakininin əlində qumbara partladı

Ağcabədi sakininin əlində qumbara partladı

Aktual

12 Fevral 2021, 22:16

Ağcabədidə bədbəxt hadisə baş verib.

 

Modern.az xəbər verir ki, hadisə dünən günorta saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, şəhər sakini Nicat Quliyevin əlində F-1 markalı əl qumbarası partlayıb.

 

Nəticədə, N.Quliyevin sol əli amputasiya olunub. Həkimlər hazırda yaralının vəziyyətinin ağır olduğunu bildirirlər.

Faktla bağlı araşdırma aparılır (qafqazinfo).

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!