Modern.az

Neftin qiyməti 62 dolları ötdü

Neftin qiyməti 62 dolları ötdü

Aktual

12 Fevral 2021, 22:37

“Brent” markalı neftin qiyməti ötən il yanvarın 24-dən bəri ilk dəfə bir barel üçün 62 ABŞ dollarını ötüb.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ticarət sövdələşmələrinin nəticələri göstərir.

 

Belə ki, Bakı vaxtı ilə saat 20:34-ə olan məlumata görə, Şimal dənizindən hasil olunan “Brent” neft qarışığının aprel fyuçerslərinin qiyməti 1,67 % artaraq bir barel üçün 62,16 ABŞ dollarına çatıb. WTI markalı neftin mart fyuçersləri isə 1,48 % dəyər qazanaraq 59,1 dollar/barelə yüksəlib.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi