Modern.az

Teymur Rəcəbovun üçüncü yer uğrundakı rəqibi məlum oldu

Teymur Rəcəbovun üçüncü yer uğrundakı rəqibi məlum oldu

Aktual

13 Fevral 2021, 00:36

Azərbaycan şahmatçısı Teymur Rəcəbovun Çempionlar Turunun "Opera Euro Rapid" adlanan mərhələsinin 3-cü yer uğrunda görüşündəki rəqibi müəyylənləşib.

 

Modern.az xəbər verir ki, Rəcəbov fransalı Maksim Vaşye-Laqravla üz-üzə gələcək. Finalda isə norveçli dünya çempionu Maqnus Karlsenlə ABŞ təmsilçisi Uesli So qarşılaşacaq. Görüşlər 13-14 fevralda keçiriləcək.

 

Rəcəbov yarımfinalda Soya, Vaşye-Laqrav isə Karlsenə uduzub.

 

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV