Modern.az

Yaponiyada güclü zəlzələ

Yaponiyada güclü zəlzələ

Aktual

13 Fevral 2021, 20:30

Yaponiyanın şimal-şərqində, Fukusima prefekturasında 7,1 bal gücündə zəlzələ baş verib.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, ilkin məlumata əsasən zəlzələ nəticəsində 30 nəfər yaralanıb.

 

Hazırda yerli hakimiyyət orqanları qurbanlar və mümkün zərərlər barədə məlumat toplayır. Fukusima prefekturasındakı eyni adlı inzibati mərkəzdə də bir neçə yanğın olub, hazırda yanğınsöndürmə xidmətləri məlumatları dəqiqləşdirir.

 

Ölkənin Nazirlər Kabinetinin Baş Katibi Katsunobu Kato təcili mətbuat konfransında əvvəlcədən elan edilmiş sunami xəbərdarlığının qaldırıldığını söyləyib.

 

Bundan əlavə, Kato yerli əhaliyə sakitliyi qorumaqla bağlı çağırış edib və ölkə rəhbərliyinin təbii fəlakətin nəticələrini minimuma endirmək üçün lazım olan hər şeyi etdiyini vurğulayıb.

 

Zəlzələ nəticəsində 830 min ailə işıqsız qalıb, sürət qatarların hərəkəti dayandırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV