"Sevinməyə 2 gün vaxtımız var. "Qarabağ"ı təbrik edirəm. Hər kəsə nümunədir. Bu komanda ilə oynamaq motivsiyadır. Çətin oyun oldu. Qarşıya qoyulan vəzifənin öhdəsindən gəldik. Futbolçularıma təşəkkürümü bildirirəm. Hakimləri təbrik edirəm. Məqsədim onları təzyiq altında saxlamaq idi".
Modern.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Qarabağ"ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis bu qələbə ilə hələ heç nəyin həll olunmadığını bildirib:
"Bu gün fərqli gün idi. Udsaq da, hələ heç nə həll olunmayıb. Digər komandalarla matçlarda xal itirə bilərik. Qarşıda hələ 14 oyun var. Sonadək vuruşacağıq. Bu qələbə stimul olacaq".
Qeyd edək ki, "Qarabağ"la oyunda "Neftçi"nin 3 oyunçusu qırmızı vərəqə alaraq meydandan qovulub.